Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna Baş Qərargahı: “Rusiya Krımda gizli səfərbərliyə hazırlaşır”

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya işğal etdiyi Krım ərazisində gizli səfərbərliyə hazırlaşır.

Press.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, Sevastopolda hərbi çağırış yaşında olan, lakin bu və ya digər səbəbdən ehtiyatda olan şəxslərin hərbi komissarlığa çağırışları başlayıb.

Baş Qərargahdan qeyd ediblər ki, söhbət İT mütəxəssisləri, maliyyə işçiləri və digər mütəxəssislərdən gedir.

“RBK-Ukrayna” isə Rusiyada hərbi komissarlıqların Moskva sakinlərinin “ovuna” çıxdığını, bunun hətta əhaliyə mənəvi təzyiq və hədə-qorxu ilə müşayiət olunduğunu bildirib.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin iki milyonluq ordu yaratmaq istəyir, ona görə də yeni səfərbərlik dalğası zamanı yarım milyona qədər insan orduya çağırıla bilər.

Oxşar xəbərlər
OTACI