Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Parisdə iğtişaşlar: Polis gözyaşardıcı qazdan istifadə edib

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Parisdə Fransa hökumətinin pensiya islahatlarına qarşı çıxan həmkarlar ittifaqlarının təşkil etdikləri yürüşün iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub.

Üzlərini qara maska ​​və başlıqlarla bağlayan şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə, daş və pirotexniki vasitələr atıblar. Bəzi iğtişaşçılar küçələrdəki zibil qutularını yandırıblar. Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib. Bir neçə nümayişçi saxlanılıb.

Qeyd edək ki, cümə axşamı Fransanın böyük şəhərlərində həmkarlar ittifaqlarının genişmiqyaslı etiraz aksiyası keçirilir. Nümayişçilər xüsusilə minimum pensiya yaşının 62-dən 64-ə qaldırılmasına və hökumətin geniş pensiya islahatı çərçivəsində planlaşdırılan xüsusi pensiya rejimlərinin ləğvinə qarşı çıxırlar. Hökumət layihəsinə qarşı yürüşlər, ekspertlərin fikrincə, ölkədə 750 min iştirakçını bir araya gətirə bilər. Polis və jandarma iğtişaşlara görə 10 min əməkdaşını səfərbər edib.

Oxşar xəbərlər
OTACI