Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ceyhun Bayramov niderlandlı həmkarı ilə Laçın yolu ətrafındakı vəziyyəti müzakirə etdi

19 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə telefon danışığı zamanı Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edib.

Bu barədə Press.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı tərəflər regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar prosesi müzakirə ediblər.

C.Bayramov Azərbaycan vətəndaşlarının legitim etirazının səbəblərinin Azərbaycanın təbii sərvətlərinin talanması, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan qeyri-qanuni iqtisadi və hərbi fəaliyyətlər üçün sui-istifadə edilməsi və bundan qaynaqlanan, 282 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən mina təhdidləri olduğunu qarşı tərəfə bildirib.

Nazir habelə, etirazlar başlayandan etibarən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları, erməni təcili tibbi maşınları daxil olmaqla 800-ə yaxın nəqliyyat vasitəsinin heç bir maneə olmadan yoldan keçməsi fonunda guya bölgədə “humanitar fəlakət” yarandığı, Laçın yolunun “bağlanması” barədə iddiaların tamamilə əsassız olduğunu vurğulayıb.

Azərbaycan tərəfinin sülh sazişinin mətnini ilk təqdim edən tərəf kimi, Ermənistanla bu istiqamətdə danışıqların qısa müddət ərzində davam etməsinə hazır olduğu bir daha diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI