Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu vitamini əskik olanlar qripi ağır keçirir- İnfeksionist

19 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu virusa yoluxduqdan sonra antibiotiklərdən istifadə etməmək lazımdır. Antibiotik əksinə bu xəstəlikləri ağırlaşdıra bilər. İkinci bir tərəfdən digər dərmanlar və vitaminlərlə orqanizmi yormamaq lazımdır. Sadəcə olaraq yalnız evdə olmaq, istirahət etmək və bol maye tükətmək lazımdır. Əgər iştah yoxdursa, yeməyə məcbur edilməməlidir. Hərarət varsa və 38 dərəcəni keçibsə, dərman qəbul etmək olar".

Press.az xəbər verir ki, İnfeksionist Mərdan Əliyev isə Trend-ə açıqlamasında bildirib ki, influenza virusu barədə danışıb.

"Bu virusa yoluxduqdan sonra antibiotiklərdən istifadə etməmək lazımdır. Antibiotik əksinə bu xəstəlikləri ağırlaşdıra bilər. İkinci bir tərəfdən digər dərmanlar və vitaminlərlə orqanizmi yormamaq lazımdır. Sadəcə olaraq yalnız evdə olmaq, istirahət etmək və bol maye tükətmək lazımdır. Əgər iştah yoxdursa, yeməyə məcbur edilməməlidir. Hərarət varsa və 38 dərəcəni keçibsə, dərman qəbul etmək olar. Bu kimi xəstəliklərdə C vitamini yaxşı təsir göstərir. İmmunitet zəifliyində Sink çox effektivdir və xəstəliyin tez sağalmasında rol oynaya bilər. Bizim coğrafiyamız elədir ki, əhalinin demək olar ki, 90 faizində D vitamini çatışmazlığı var. D vatimini çatışmazlığı xəsətliyin ağır keçməsinə səbəb olur. İlk növbədə bunu yoxlatdırmalıyıq. Yoxlatdırmasaq belə xəsətlik zamanı profilaktik dozada istifadə edə bilərik", - deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qeyd edib ki, influenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.

Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Ötən ilin dekabr ayının 15-dən etibarən 13 008 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 2 843 nəfər təşkil edib.

Arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilər.

Oxşar xəbərlər
OTACI