Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Prezidenti: "Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik"

19 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik".

Press.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.

Dövlətimizin başçısı bildirib: “Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyunca yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır.

Oxşar xəbərlər
OTACI