First slide

DYP-dən media və sosial şəbəkə fəallarına MÜRACİƏT

19 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi media subyektlərinə və sosial şəbəkə fəallarına müraciət ünvanlayıb.

Press.az-a daxil olan müraciətdə deyilir:

"Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi tədbirlərini tənzimləyən normativ aktlarda, eləcə də bu sahədə icra olunan Dövlət Proqramında Yol hərəkəti təhlükəsizliyinin təbliğinin diqqətdə saxlanılması müəyyən edilib. Bu məqama televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən materialların hazırlanması zamanı da ciddi əməl olunmalıdır.

Lakin bəzi televiziya və radio verilişlərində, kliplərdə, teleseriallarda, reklam çarxlarında, habelə blogerlər və incəsənət xadimlərinin sosial şəbəkə seqmentlərindəki paylaşımlarında təəssüf ki yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti qaydaları əleyhinə olan pozuntuların geniş auditoriyaya nümayiş etdirildiyini şahidi oluruq. Təəssüf ki, bu materialların heç bir əlavə şərh verilmədən yayımlandığını şahidi oluruq.

Belə audiovizual materiallar yol hərəkəti iştirakçıları, xüsusilə uşaq və yeniyetmələr arasında yanlış anlaşılmalara səbəb olur. Hətta onlarda analoji olaraq bu səhvlərə yol vermək arzusu yaradır. Eləcə də bu kimi neqativ təzahürlərin gənc və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərməsi ciddi narahatlıq doğurur.

Yol hərəkəti təhlükəsizliyini təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirən Baş Dövlət Yol Polisi İdarəsi olaraq bu kimi halların yolverilməz olduğunu bir daha diqqətə çatdırırıq.

Bütün media subyektlərini, sosial şəbəkə fəallarını ölkəmizdə yol hərəkətinin təhlükəsizliyi sahəsində həyata keçirilən maarifləndirmə və təbliğat-təşviqat xarakterli tədbirlərin icrasına töhfə verməyə çağırırıq".

Oxşar xəbərlər
OTACI