Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Deyirdilər, arvad-uşağını gətirib başına oyun açacağıq" - "Tərtər işi"ndə bəraət alan hərbçi

19 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bizə işgəncə verir, “arvadını, bacını, uşağını gətirib başına oyun açacağıq” deyirdilər. Allah bizləri sağ saxladı ki, “Tərtər işi” kimi cinayətlərin üstü açılsın”.

Press.az xəbər verir ki, bunu LAF TV-yə müsahibəsində “Tərtər işi”ndə bəraət alan çavuş Müşfiq Əhmədli deyib.

Qeyd edək ki, o, 6 dekabr 2022-ci ildə Baş Prokurorluğun araşdırmasından sonra “Tərtər işi” üzrə bəraət alan 19 hərbçidən biridir. Müşfiq Əhmədli 5 il həbsdə olub.

2014-cü ildən könüllü olaraq ordu sıralarına yazılan Müşfiq kiçik çavuş kimi Ağdamda xidmətə başlayıb. Həmişə ön xətdə hərbi xidmətdə olub:

Dedilər ki, general Hikmət Həsənov sizi qəbul edəcək, nə bilirsiz, onu deyin. Hələ də bilmirdik, biz nəyi deməliyik, nəyin istintaqı gedir. Amma heç kim bizi qəbul etmədi. Qaranlıq otağa saldılar, maskalı hərbçilər gəlib biz dəyənəklə, rezin borularla döyməyə başladılar ki, biz nə desək, onu deyəcəksən. Erməniyə satılan görmüsən? Mən dedim ki, erməniyə satılanı görsəydim, onu yerində güllələyərdim. Bizi elə ağır söyüşlərlə təhqir edirdilər ki, onu Azərbaycan xalqına deyə bilmirəm. Bizim formamız dövlətin atributudur, Azərbaycan ordusunun əsgərinin əynindəki geyimi cırıb çıxarmaq heç bir qanuna uyğun deyil, dövlətə təhqir idi”.

Müşfiq Əhmədli bildirib ki, ona çox ağır işgəncələr veriblər:

“Döyürdülər, üstümə soyuq su tökürdelər. Gözlərimizi skoçla bağladılar. Digər əsgər yoldaşlarımızı səslərindən tanıyırdım. Hamını döyürdülər ki, bizim dediklərimizlə razılaşmalısan. Yalandan ifadə verməliydik ki, postlarda dövlətə xəyanət olub, filankəslər satqın olub. Kimlərəsə qarşı ifadə verməliydik. Mehman Hüseynovu döyüb deyirdilər, arvadını, bacını, uşağını gətirib gözünün qabağında işgəncə verəcəyik. O da özünü, ailəsini xilas etmək üçün onlarla razılaşmalı oldu. Bundan sonra bütün bölüyün əsgərləri, zabitlərini gətirib işgəncə verdilər. Mehmana da ağır, olmazın işgəncələr verilmişdi. Dərinliyə getmək istəmirəm. Bir kişiyə sığışdırılacaq sözlər deyil. Bizi lüt, ac-susuz saxlayırdılar. Xanlar Vəliyevin uydurduğu nağıllar idi. Orda heç bir xəyanət olmayıb, ola da bilməzdi. Bu hadisə hərb tariximizə ömürlük ləkə olaraq qalacaq. Ömrümüzün axırına kimi o işgəncə və travmalar beynimizdən silinməyəcək”.

Oxşar xəbərlər
OTACI