Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 55 yaşlı kişi yaşayış kompleksindəki liftin şaxtasına düşərək ölüb, cinayət işi başlanılıb

19 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda 55 yaşlı kişinin yaşayış kompleksində liftin şaxtasına düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a Yasamal rayon prokurorluğundan məlumat verilib.

Yanvarın 18-i 1968-ci il təvəllüdlü Arazxan Xankişiyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı A.Xankişiyevin Yasamal rayonu ərazisində inşa olunan “Dream Tower” yaşayış kompleksində fəhlə kimi işləyərkən liftin şaxtasına yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

14:08

Bakıda yaşayış kompleksində liftin şaxtasına düşmüş kişi 5 gün sonra ölüb.

Press.az “Report-a istinadla ” xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi 6B ünvanında inşa olunan “Dream Tower” yaşayış kompleksində çalışan 55 yaşlı Xankişiyev Arazxan Tərxan oğlu yanvarın 14-də liftin şaxtasına düşüb və ağır xəsarətlər alıb.

O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Xankişiyev vəfat edib.

Faktla bağl araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI