Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azad edilmiş ərazilərdə biznes qurmaqla bağlı Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiyadan müraciətlər olunub

19 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

1 yanvar 2023-cü il tarixinə işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarlardan 1339 müraciət daxil olub”.

Oxu.Az-ın məlumatına görə, bunu KOBİA-da 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, müraciətlərin 873-ü yerli, 466-sı isə 37 xarici ölkənin investorlarına aiddir:

“Xarici investorların müraciətləri arasında Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiyadan olan müraciətlər üstünlük təşkil edir. İnvestisiya layihələrinin 90%-i yerli, 10%-i isə xarici sahibkarların investisiya layihələridir. İnvestisiya layihələrinə dair müraciətlərin 36%-i ticarət və xidmət sahəsini, 27%-i sənayeni, 26%-i kənd təsərrüfatını və digər 11%-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir”.

“2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində KOBİA-nın kiçik və orta biznesə dair xidmətləri həyata keçirən xidmət pəncərəsi, agentliyin dəstəyindən yararlanmaqla dövlət-özəl sektor tərəfdaşlığı əsasında tikiş fabriki, Ağalıda yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədi ilə KOBİA, TÜİB və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə bazar yaradılıb”, - deyə sədr əlavə edib.

Oxşar xəbərlər
OTACI