Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ötən il 54 startap şəhadətnaməsi verilib

19 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“2022-ci ildə də Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi davam etdirilib”.

Oxu.Az-ın məlumatına görə, bunu KOBİA-da 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə keçirilmiş 2-ci qrant müsabiqəsinə təqdim edilmiş layihələrdən 12-si maliyyələşdirilib:

“Bu dəstək mexanizmi çərçivəsində hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manata qədərdir. Hazırda 3-cü qrant müsabiqəsinə təqdim olunmuş layihələrin qiymətləndirilməsi həyata keçirilir və nəticələr fevral ayında elan olunacaq. Ümumilikdə isə indiyədək KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə 26 layihəsinin maliyyələşdirilməsinə 500 min manatdan çox qrant vəsaiti ayrılıb”.

O qeyd exib ki, ötən il startap şəhadətnaməsi almaq üçün agentliyə 98 müraciət daxil olub:

“Mikro və kiçik sahibkarlıq subyektlərinə 54 startap şəhadətnaməsi (kənd təsərrüfatı və aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, innovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib. Startap şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir”.

İlhamə Əbülfət

Oxşar xəbərlər
OTACI