Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qurban Qurbanov: "Problemlər var"

18 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yaxşı oyun oldu. Bir az komandanın tam hazır olması hiss olundu. Matça dinamik başladıq. Daha sonra temp aşağı düşdü. Qarşımızda möhkəm komanda var idi. Bu oyun qarşıdakı işimizə faydalı olacaq. Futbolçuların idman formalarını qaytarmalıyıq".

Press.az xəbər erir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Türkiyədəki təlim-məşq toplanışları çərçivəsində keçirdiklərin son oyunlardan - "Çukariçki"yə qalib gəldikləri (1:0) və "Poqon"a uduzduqları (2:4) görüşdən sonra açıqlamasında bildirib: "Bu gün yaxşı yoruldular. Neçə dəfə əks-hücumda yaxalandıq, özümüzün də təhlükəli hücumlarımız oldu. Çempionata hazırlaşmaq üçün 1 həftəmiz var. İstədiyimiz oyunu göstərmək üçün bir az vaxt lazım olacaq".

Qurbanov komandada müəyyən sıxıntıların olduğunu deyib: "Hər komandada müəyyən müddət sıxıntılar, çatışmazlıqlar olur. Həmin dönəmlərdə ayaqüstə qalmağa çalışmalıyıq. İndi də sanki o anları yaşayırıq. Həm zədələr, həm də Kadinin getməsi... Problemlər var. Bu dönəmdə düzgün və ağıllı olub, ayaqüstə qalmalıyıq".

Qurban Qurbanov kluba yeni futbolçu transfer etmək niyyətində olduqlarını da bildirib. O, qapıçı Şahruddin Məhəmmədəliyevin və müdafiəçi Abbas Hüseynovun zədələnməsindən sonra transfer bazarında ciddi axtarışlar apardıqlarını deyib: "Ciddi axtarışlar gedir. Sanki fikrimizi başqa yerə yönəltmişdik, indi başqa yerə. Birdən belə ciddi itkilərə hazır deyildik. Çalışacağıq, azından transfer dönəmi bağlanana qədər nəsə edək. Hələ ki, əlimizdəki oyunçularla davam edirik".

Mütəxəssis yarımmüdafiəçi Qaspar Panaderonun əvəzedici komandaya göndərilməsinə də toxunub. O, futbolçunun əsas komandaya qayıtmayacağını bildirib: "Qasparın klubla müqaviləsi var. Lazım olanı edəcəyik. Əsas komandada olmayacaq. Bunu özünə bildirmişik. İstəyən olsa, onu təmənnasız göndərməyə razıyıq".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI