First slide

İlham Əliyev çinli dostlarımızı onların təqvimi üzrə Yeni il münasibətilə təbrik edib

18 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik etmək istəyirəm. Bütün Çin xalqına sülh, firavanlıq və uğur diləyirəm. Azərbaycan olaraq biz sizin dostunuz və tərəfdaşınızıq.

Press.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: "Bizim uzun illərdir ki, çox yaxşı münasibətlərimiz var. Biz sizin ölkənizi sevirik və şadıq ki, getdikcə daha çox azərbaycanlı Çinə səfər edir. Bununla yanaşı, Çindən gələnlərin də sayı artır. İnsanlar arasında təmaslar daha sıx siyasi münasibətlərin qurulmasında vacib rol oynayır. Əminəm ki, Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək".

Oxşar xəbərlər
OTACI