First slide

Ağstafa polisindən əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO

18 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Rövşən Nəsirov, Şəadət Məmmədov, Babək Məmmədhüseynov və Rafiq Muradov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə regional qrupu məlumat yayıb.

Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Bundan başqa polis şöbəsinə rayonun Poylu qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 5 ədəd müxtəlif marka və kalibrli ov tüfəngi, 73 ədəd pulemyot patronu, 14 ədəd 7,62 mm-lik, 138 ədəd 5,45 mm-lik avtomat patronu, 81 ədəd boş giliz və 2 ədəd “F1” əl qumbarası aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI