Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Astara sakinlərindən qanunsuz odlu silahlar götürülüb

18 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Astara sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə Press.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı cari ilin əvvəlindən keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə Astara Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI