Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yolda uzanan şəxsi vuraraq qaçan sürücü saxlanıldı

18 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Salyanda yolun üzərində uzanan şəxsi vuraraq qaçan sürücü saxlanılıb.

Bu barədə Press.Az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 16-da saat 23 radələrində Salyan şəhəri ərazisində şəhər sakini Yaşar Novruzov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Niftiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI