First slide

Dövlət başçısı "CISCO"nun vitse-prezidenti ilə GÖRÜŞDÜ - YENİLƏNİB

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü olub.

Press.az xəbər verir ki, görüşdə Azərbaycan ilə "CISCO" şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Qay Didrix Azərbaycanda bir məktəbdə rəqəmsallaşdırma layihəsini həyata keçirdiklərini deyib.

Söhbət zamanı bu layihənin ölkəmizdə yüzlərlə məktəbi əhatə etməsinin planlaşdırıldığı vurğulanıb.

Prezident İlham Əliyev Zəngilan rayonunda "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icra olunduğunu qeyd edib, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

Dövlət başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan "Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə"yə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycanda su resurslarından istifadə olunmasında “CISCO” şirkətinin texnologiyalarının tətbiqi məsələlərindən danışılıb, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.

***20:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü olub.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər
OTACI