Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Zirə" Macarıstan klubuna uduzdu, serblərlə heç-heçə etdi

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Zirə" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama görüşü keçirib.

Press.az xəbər verir ki, paytaxt təmsilçisi əvvəlcə Macarıstanın 2-ci liqasında mübarizə aparan “Szeged-Csanad” kollektivi ilə qarşılaşıb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin bu matçdakı yeganə qolunu 34-cü dəqiqədə Toni Qomes vurub.

 

Rəşad Sadıqovun komandası bu gün daha bir yoxlama oyununa çıxıb. Komanda ikinci matçda isə Serbiya Superliqası təmsilçisi “Radniçki" ilə qarşılaşıb  Oyun qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "Zirə" Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çindia” komandasına qalib gəlib - 3:2. "Zirə" sabah Bakıya qayıdacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI