Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ayxan Abbasov: "Komandadan istədiyimiz nəticələri ala bildik"

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

 "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Antalya toplanışında bu gün Qazaxıstanın "Jetısu" klubuna 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra fikirlərini böülüşb.

Press.az xəbər verir ki, o, PFL-in rəsmi yutub kanalına açıqlamasında mövsümün ikinci yarısına tam hazır olmadıqlarını.deyib.

 

"Kiçik zədələrdən sonra oyunlarda ağırlıq hiss olunurdu. İnanıram ki, çempionatdakı iki turdan sonra hər şey qaydasına düşəcək. Adətən fasilədən sonra ilk matçlar çətin olur. Komandada rəqabət var. Bu, bizi sevindirir. Getdikcə daha yaxşı oynayacağıq".

A.Abbasov qeyd edib ki, futbolçuların yenidən əvvəlki tempə öyrəşmələrinə çalışıblar: "İlk yoxlama matçımız çətin keçdi. Bəzi futbolçulara bir az çox istirahət vermişdik. İlk maçda oynamadılar. Amma vaxt keçdikcə istədiyimiz tempə çata bildik. Bu gün bəzi oyunçularımız 90 dəqiqə meydanda qaldı. Bu da normaldır. Gələn həftə bizi "Qarabağ"la ağır oyun gözləyir. Digər oyunçularımızı dünən ikitərəfli matçda sınamışdıq. Yalnız Cavid Tağıyevin yüngül zədəsi var. Ümumi götürsək, futbolçularımızdan istədiyimiz nəticələri ala bildik".

Baş məşqçi yeni transfer Denis Marandiçin çıxışı haqda isə deyib:: “Əzmkarlığı xoşumuza gəlir. Əvvəlki klubunda az oynadığı üçün futbol üçün darıxıb. Ona inanırıq. Ən xoş olan odur ki, qısa zamanda kollektivə uyğunlaşdı. Oyun planında bu sistemdə çıxış etmək Marandiçə yad deyil. Milli komandada bu sistemdə oynayıb. Məncə, yoxlama görüşlərində pis təsir bağışlamadı. Amma çempionat oyunlarında ona bir az ağır olacaq. 1-2 turdan sonra ideal formasına düşəcək”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI