Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İşğal dövründə Azərbaycan yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları AÇIQLANDI

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan ərazilərinin işğalı dövründə “Söyüdlü”, “Vejnəli”, “Dəmirli” və “Qızılbulaq” yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb.

Press.az xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, sözügedən şirkətlər aşağıdakılardır:

“Kanadanın “Sterlite Gold” LTD və “First Dynesty Mines”;

İsveçrənin “Base Metals”, “Vallex Group”;

Rusiyanın “Geopro Mayninq Gold Company”;

İsveç və Lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın “Armenian Copper Programme”;

ABŞ-nin “Global Gold”;

Hindistanın “Vedanta Resourcess” şirkəti.

Qeyd edək ki, Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlərə bildirib ki, azad edilmiş ərazilərdəki yataqların qanunsuz istimarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət hazırlanıb.//Trend

Oxşar xəbərlər
OTACI