Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda Xəzəryanı dövlətlərin parlament konfransı keçiriləcək

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda Xəzəryanı dövlətlərin parlament konfransının keçirilməsi planlaşdırılır.

Press.az Rusiya Dövlət Dumasının saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin yaz sessiyasının ilk plenar iclasında deyib.

"Azərbaycandan olan həmkarlarımızla birlikdə Bakıda Xəzəryanı dövlətlərin parlament konfransını keçirməyi planlaşdırırıq", - Volodin bildirib.

O, aprel ayında Dövlət Dumasının Çin, İran, Türkiyə və Pakistanın iştirakı ilə təhlükəsizlik və regional əməkdaşlıq üzrə konfrans da keçirəcəyini əlavə edib.

Oxşar xəbərlər
OTACI