Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlər Kabineti prekursorlarla bağlı qərarını dəyişib

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazirlər Kabineti “İdxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 29 oktyabr 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Press.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Səhiyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi prekursora illik tələbat barədə qəbul edilmiş qərarı real vaxt rejimində Daxili İşlər Nazirliyinə və prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə isə Dövlət Gömrük Komitəsinə göndərəcək.

"Bu qərarla prekursorların illik tələbata uyğunluğu yoxlanıldıqdan sonra ölkəyə buraxılması mexanizmi tənzimlənir. Həmçinin qərarda prekursorlara olan illik tələbat barədə müraciətə prekursorların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, mənşəyi və istifadə məqsədinə dair məlumatların əlavə edilməsi ilə bağlı müddəlar əks olunub", - deyə hökumətdən bildirilib.

Oxşar xəbərlər
OTACI