Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacıqabul sakinindən külli miqdarda narkotik götürülüb

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hacıqabul sakinindən külli miqdarda narkotik götürülüb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Press.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Haxverdiyev saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 46 qrama yaxın, evindən isə 2 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb. 

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI