Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əlavə vakansiya seçimində uğur qazanan müəllimlərin müsahibə nəticələri açıqlanıb

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əlavə vakansiya seçimində uğur qazanan namizədlərin müsahibə nəticələri açıqlanıb.

Bu barədə Press.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində uğur qazanan şəxslərin müsahibə nəticələrinə dair məlumat şəxsi səhifələrinə göndərilib.

Müsahibələr ötən ilin dekabrın 28-də onlayn təşkil olunub.

Qeyd edək ki, müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Oxşar xəbərlər
OTACI