Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Samuxda narkotik satmaqda şübhəli bilinən keçmiş məhkum saxlanıldı

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Samux rayonunda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar olunub. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilib və oradan 7 kq 180 qram narkotik vasitə olan marixuana və metamfetamin aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri də davam etdirirlər.

Keçirilən müvafiq tədbirlər nəticəsində rayon sakinlərinə məxsus, müvafiq sənədləri olmayan TOZ, İJ və digər markalı müxtəlif kalibrli ov silahları aşkar edilərək götürülüb. Aşkar edilən ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Bununla da Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 9 əməliyyat-axtarış tədbiri baş tutaraq ümumilikdə 17 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Aşkar edilən digər bir fakt nəticəsində isə vətəndaşda “Makarov” tipli tapança müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI