Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyada yüz milyonlarla iş yeri qıtlığı yaranıb

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2022-ci ildə dünyada 473 milyon iş yeri qıtlığı yaranıb ki, bu da 2019-cu il - pandemiyadan əvvəlki dövrlə müqayisədə 33 milyon nəfər çoxdur.

Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatında məlumat verilib.

Bu rəqəm təkcə rəsmi işsizləri deyil, həm də işə düzəlmək istəyən, lakin şəxsi və ya ailə şəraiti, yenidən hazırlıq imkanlarının olmaması səbəbindən fəal şəkildə iş axtara bilməyənləri əhatə edən yeni göstəricidir.

473 milyonluq ümumi rəqəmin 205 milyonunu rəsmən işsizlər təşkil edirlər.

Hesabata əsasən, 2023-cü ildə bu rəqəm üç milyon nəfər arta bilər. Belə ki, qlobal iqtisadiyyatın yavaşlaması səbəbindən qlobal məşğulluq artımı 2022-ci ildəki iki faizdən 2023-cü ildə bir faizə enəcək.

Oxşar xəbərlər
OTACI