First slide

Depressiyanı müalicə edən çip hazırlandı

16 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-da depressiyanı müalicə edəcəyi bildirilən beyin implantı ilk dəfə insana implantasiya edilib. İlon Maska məxsus "Neuralink" 6 aydan sonra insan sınaqlarına başlamağa hazırlaşarkən, rəqib şirkətdən diqqətəlayiq addım atılıb.

Press.az publika.az-a istinadən xəbər verir ki, "Inner Cosmos" şirkəti depressiyanı müalicə etdiyini iddia etdiyi beyin implantının ilk insan sınaqlarını həyata keçirib.

 

Sözügedən cihaz iki hissədən ibarətdir: Dərinin altında yerləşdirilən elektrod və cihazı gücləndirmək üçün istifadəçinin saçına yapışdırılan kapsul. Kapsul depressiyadan təsirlənən beyin sahəsinə kiçik elektrik impulsları göndərən sikkə ölçülü implantı gücləndirir.

Şirkət müalicənin gündə cəmi 15 dəqiqə olduğunu iddia edir. Gələn ay cihazın ikinci xəstədə sınaqdan keçirilməsi planlaşdırılır.

Bu yaxınlarda Maskın beyin çipi layihəsi "Neuralink" bir meymun üzərində sınaqdan keçirilib. Peycer adlı 9 yaşlı meymun sınaq çərçivəsində düşüncə gücü ilə video oyunu oynamağı bacarıb.

Mask gələcəkdə iflic olan xəstələrin beyin çipi sayəsində əzələlərini hərəkət etdirə və düşüncə gücü ilə yeriyə biləcəklərini bildirir. Milyarder dəfələrlə qeyd edib ki, sözügedən texnologiya ilə Alzheimer və Parkinson kimi xəstəliklər də müalicə edilə bilər.

Oxşar xəbərlər
Category news

tr_star

05 Feb 2023

OTACI