Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oğlu bir ailənin dörd üzvünü qətlə yetirən atanın intiharı: Qızı da özünü öldürübmüş - YENİLƏNİB

16 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Beyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib. 58 yaşlı Loğman Cəlilov özünü asaraq canına qəsd edib. Onun oğlunun törətdiyi cinayətə dözməyərək intihar etdiyi iddia olunur.

Press.az xəbər verir ki hadisə barədə modern.az-a danışan kəndin bələdiyyə sədrinin müavini Cahangir Əliyev bildirib ki, Loğman Cəlilov ötən ay baş verən hadisədən sonra özünə qapanıb və kənd sakinləri ilə təmasda olmayıb.

“Məlum hadisə hər kəsə pis təsir etmişdi. Loğman Cəlilov oğlunun törətdiyi cinayətdən sonra kənd sakinlərinin arasına çıxmırdı. Polis ailəni nəzarətdə saxlayırdı. O, bir müddət qardaşının evində qaldı, sonra öz evinə, Tatallar kəndinə qayıtdı. Loğman çox mehriban, zəhmətkeş kişi idi. Onların digər ailə ilə aralarındakı ədavət belə vəziyyətə gətirib çıxardı.

Hadisədən sonra artıq hamı bilirdi ki, Fuada ağır cəza veriləcək. Əlbəttə, bu, bir ata üçün böyük dərddir. Loğman Cəlilovun illər öncə qızı intihar etmişdi. Daha sonra oğlunun belə olması, görünür, ona çox pis təsir edib”, - deyə sədr müavini vurğulayıb.

C.Əliyevin sözlərinə görə, Loğman Cəlilov təxminən bir neçə gün öncə özünü öldürüb.

Xatırladaq ki, qətl hadisəsi dekabrın 2-də Beyləqanın Tatalılar kəndində baş vermişdi. 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi.

Məlumata görə, Fuad Cəlilzadənin atası 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetiribmiş. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası veribmiş. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar olurmuş.

Qeyd edək ki, qətlə yetirilən ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

15:34

Beyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib.

APA-nın əldə etdiyi xəbərə görə, 58 yaşlı Loğman Cəlilov oğlunun cinayətinə dözməyərək özünü asıb.

Onun 25 yaşlı ailəli qızının bir neçə il əvvəl özünü asaraq öldürdüyü bildirilir.

Qeyd edək ki, ötən il dekabrın 2-i Beyləqanın Tatalılar kəndində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə qonşuları Nadir Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib. Ağır yaralanan ailə üzvlərinin hamısı hadisə yerində ölüblər.

Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib. Onun barəsində Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
OTACI