Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əfqanıstanda şaxta səbəbilə 26 nəfər öldü

16 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

 

Əfqanıstanda soyuq hava səbəbindən azı 26 nəfər həyatını itirib.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə kifayət qədər istilik və sığınacaq şəraiti olmadığı üçün qış aylarında insan tələfatı artır.

Temperaturun mənfi 20 dərəcəyə endiyi ölkədə azı 4 min iribuynuzlu heyvanın da tələf olduğu bildirilir.

Qəndəhar vilayətinin səhiyyə rəsmiləri bildiriblər ki, şəhər və rayonlarda soyuq hava şəraiti ilə əlaqədar azı 1100 nəfər xəstəxanaya yerləşdirilib və müalicə olunur.

Həmçinin, soyuq hava səbəbindən bir çox rayonlarda minlərlə hektar kənd təsərrüfatı sahəsi və yüzlərlə istixana da zərər görüb.

Oxşar xəbərlər
OTACI