Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

18 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar tapılıb

16 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 26 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub.

Bu barədə Press.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 10, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Buta" aptek

Xətai rayonu, Gəncə pr.,

ev 2930

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

"Təbriz" mağazası

Yasamal rayonu, C.Cabbarlı küç., ev 16, m. 29

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

3

"İran Nemətləri" mağazası

Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 11/33

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

4

"Özbəkistan Quru Meyvələr" mağazası

Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 80B

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

5

"Agro Alliance" quru meyvələr mağazası

Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 11/33

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

6

"Lüks" market

İsmayıllı şəhəri, Koroğlu küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

7

"Fərit" market

İsmayıllı şəhəri, Nizami küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

8

"Qala" market

İsmayıllı şəhəri, M.Orucov küçəsi

1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

9

"Sərfəli" market

Bərdə rayonu, Güloğlular kəndi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

10

Həsənov Vüsal Sərdar oğluna məxsus mağaza

Bərdə rayonu, Güloğlular kəndi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

11

"Cam" market

Bərdə rayonu, Güloğlular kəndi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

12

"Telman" market

Bərdə rayonu, Güloğlular kəndi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

İctimai iaşə müəssisələri

13

"Palma" restoranı

Xətai rayonu, Gəncə pr.,

ev 443

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

14

"Bliss Pub Lounge"

Xətai rayonu, Gəncə pr.,

m. 1

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Ev şəraitində hazırlanan məhsulların satışı

15

"The Lodge" kafesi

Yasamal rayonu, Z.Xəlilov küç., ev 589-cu məhəllə

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Ev şəraitində hazırlanan məhsulların satışı

16

İbrahimov Şəhriyar Həsrət oğluna məxsus kafe

Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

17

"Afra Pub" kafesi

Oğuz şəhəri, 20 Yanvar küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

18

"Şəmkir" şadlıq sarayı

Şəmkir şəhəri, 20 Yanvar küçəsi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

Oxşar xəbərlər
OTACI