Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İtkin düşən məktəblilərin getdikləri istiqamətlər bilindi

16 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəkidə və Bakıda itkin düşən oğlanların getdikləri istiqamət müəyyən olunub. 

Bu barədə Press.Az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Polis şöbəsinə müraciət edən Ramazan Hacıyevin valideyni oğlunun 14 yanvar saat 17 radələrində hazırlığa getmək adı ilə yaşadığı evdən çıxdığını və geri qayıtmadığını bildirib.

“Məlumat daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb və keçirilən tədbirlər nəticəsində ilkin olaraq onun hansı istiqamətdə getdiyi müəyyən olunub”, - DİN-dən bildirilib.

Eyni zamanda, yanvarın 13-ü axşam saatlarında evdən gedən Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Nihat Rəhmətulinin də Gəncəyə getdiyi müəyyənləşib.

Oxşar xəbərlər
OTACI