Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Barselona" "El-Klassiko"da qalib gəldi, Superkuboku qazandı

16 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün İspaniya Superkubokunda "El-Klassiko" oynanılıb.

Press.az xəbər verir ki, turnirin finalında "Barselona" "Real"la qarşılaşıb. Səudiyyə Ərəbistanında keçirilən görüş "Barselona"nın 3:1 qələbəsi ilə başa çatıb. Beləliklə, "Barselona" İspaniya Superkubokunun qalibi olub.

Həmçinin bu, Kataloniya təmsilçisinin Xavinin baş məşqçiliyi altında qazandığı ilk kubokdur (42 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından "Barselona"nı çalışdırır).

Ümumilikdə isə "Barselona" tarixində 14-cü dəfə İspaniya Superkubokunu əldə edib ki, bu da rekord göstəricidir.

İspaniya Superkuboku

Final

23:00. "Real" - "Barselona" - 1:3

Qollar: Benzema, 90+3 - Qavi, 33, Levandovski, 45, Pedri, 69

Baş hakim: Rikardo de Burqos

"King Fahd İnternational Stadium"

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI