Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanda Rusiya hərbi bazasının bağlanması tələb olundu

15 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda Milli Demokratik Qütb blokunun üzvləri Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının yaxınlığında etiraz aksiyası keçiriblər.

Press.az xəbər verir ki, onlar Rusiya hərbi bazasının işinin dayandırılmasını tələb edib, Qarabağdakı sülhməramlıları öz işlərinin öhdəsindən gələ bilməməkdə günahlandırıblar.

Baza qarşısında polis kordonu düzülüb. İştirakçılar bazanın girişində çadırlar qura bilməsələr də, orada Ukrayna bayrağını yerləşdirə biliblər.

Qeyd edək ki, sonuncu analoji aksiyası yanvarın 8-də baş tutub. Etirazçılar hərbi hissəyə yaxınlaşmağa çalışsalar da asayiş keşikçiləri onların qarşısını kəsib, nəticədə əlbəyaxa dava düşüb. Bundan sonra 65 etirazçı polis tərəfindən saxlanılıb.

Oxşar xəbərlər
OTACI