Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Keçmiş deputat evində öldürüldü

15 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naməlum silahlılar Kabildə Əfqanıstan parlamentinin keçmiş deputatını güllələyiblər.

Bu barədə “Hasht-e Subh” qəzeti məlumat yayıb.

Bildirilib ki, parlamentari olan Mürsəl Nəbizadə gecə Kabilin şərqindəki evində öldürülüb.

Hücum zamanı Nəbizadənin qardaşı da yaralanıb.

Kabil polis idarəsinin katibi Xalid Zadran qətlin baş verməsi ilə bağlı məlumatı təsdiqləyib. O, Taliban təhlükəsizlik qüvvələrinin araşdırmaya başladığını bildirib. 

Hələlik heç bir təşkilatın hadisəyə görə məsuliyyəti üzərinə götürmədiyi qeyd olunub.

Oxşar xəbərlər
OTACI