Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Kadinin gedişi “Qarabağ” üçün itkidir" - Murad Musayev

15 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Sabah"ın baş məşqçisi  Murad Musayev “Qarabağ”ın Kadi Borqesi Rusiyanın “Krasnodar” klubuna satmasından danışıb.

Press.az xəbər verir ki, “Krasnodar”ın sabiq çalışdırıcısı “Matç TV”yə açıqlamasında braziliyalı yarımmüdafiəçinin gedişinin Ağdam təmsilçisi üçün müəyyən çətinlik yaradağını bildirib:

“Kadinin gedişi “Qarabağ” üçün itkidir. Lakin onlar bütövlükdə komanda olaraq güclüdürlər. İndi isə vaxtilə “Monako”da oynayan Diakabi ilə müqavilə imzalayıblar. Gözləyək görək. Amma düşünürəm ki, “Qarabağ” Borqesin gedişinin öhdəsindən gələcək”.

Rusiyalı mütəxəssis Kadinin “Krasnodar”a uyğun oyunçu olduğunu vurğulayıb: “Fikrimcə, Kadi Borqes hazırda Azərbaycan Premyer Liqasının ən güclü oyunçusudur. O, özünü son avrokubok oyunlarında - həm Çempionlar Liqasında, həm də Avropa Liqasında yaxşı göstərdi. Təbii ki, adaptasiya, zədələr Borqesə mane ola biləcək amillərdir. Amma ümumilikdə onun oyun tərzi “Krasnodar”a uyğundur. Düşünürəm ki, o, öz güclü tərəflərini ortaya qoyacaq və Azərbaycandakı kimi Rusiyada da parlaq çıxış edə biləcək”.

Qeyd edək ki, "Krasnodar" Kadi ilə 2026-cı ilin yayınadək sözləşmə imzalayıb. Qeyri-rəsmi məlumatlara görə, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanıb. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI