Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Londonda kilsə yaxınlığında atışma - 4 yaralı

15 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Londonun mərkəzində atışma baş verib. 

Press.az Britaniyanın "The Guardian" qəzetinə istinadən xəbər verir ki, naməlum silahlı şəxslər üç qadını və yeddi yaşlı qızı yaralayıb.

Hadisə Londonun şimalında dəfn mərasiminin keçirildiyi kilsənin yaxınlığında baş verib.

Polis naməlum silahlı şəxslərin hərəkətdə olan avtomobildən atəş açdığını bildirib.

Atışma zamanı yaralanan 48, 54 və 41 yaşlı qadınlar xəstəxanaya aparılıb. Yeddi yaşlı qız daha sonra eyni hadisədə aldığı xəsarətlərlə Londonun mərkəzindəki xəstəxanaya aparılıb.

Hazırda polis əraziyə baxış keçirir, araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI