Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qvardiola: "Harada oynadığımızı bilirdik"

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 20-ci turunda “Mançester Yunayted”ə uduzduqları (1:2) matç barədə danışıb.

Press.az BBC-yə istindən xəbər verir ki, 51 yaşlı mütəxəssis görüşün baş hakimi Stuart Atvellin qərarlarından narazı qaldığını deyib. O, rəqibin futbolçusu Markus Reşfordun 82-ci dəqiqədə vurduğu qələbə qolu zamanı ofsayd olduğunu düşünür:

“Markus Reşfordun qolu zamanı ofsayd var idi, Bruno Fernandeşin qolunda isə yox. Reşford qapıçımızın və mərkəz müdafiəçilərimizin diqqətini yayındırdı. Harada oynadığımızı bilirdik. Bu stadionda hakimlər çətin anlar yaşayırlar.

Hücumçularımız bu oyunda həlledici olmadı. “Mançester Yunayted” çox yaxşı hərəkət etdi və bizi cəzalandırdı. Son illərdə hansı nəticələr göstərdiyimizi bilirəm. Biz beş və ya altı il ardıcıl olaraq mövsümü "Mançester Yunayted"dən yuxarı pillədə bitirdik. Buna görə də özümüzü necə göstərdiyimizi dəqiq bilirəm".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI