Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaz təchizatına daha bir qanunsuz müdaxilə halı aşkar edilib - VİDEO

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qaz təchizatına qanunsuz daha bir müdaxilə halı aşkar ediblər. 

Press.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində sayğac göstəricisinin geri çəkilməsi faktına rast gəlinib. Fərdi yaşayış evinə yeni sayğac quraşdırılıb, çıxarılan sayğac isə yoxlamadan keçirilməsi üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Sayğacın yoxlamadan keçiriləcəyi ilə bağlı abonentə öncədən bildiriş göndərilib və yoxlama aparılan gün abonentlə əlaqə saxlanılıb. Sayğaca ilkin olaraq vizual baxış keçirilib. Daha sonra kamera vasitəsi ilə sayğacın daxilinə də baxış keçirilib. Sonuncu mərhələ isə sayğacın sınaq qurğusundan keçirilməsi olub.

Aparılan yoxlamalardan sonra sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar olunub. Abonent dəymiş ziyana görə tərtib olunan akta əvvəlcədən imza ataraq razılaşsa da, daha sonra yazılan aktla razılaşmayıb. Abonentin bu cür davranışının səbəbi anlaşılan olmasa da, görünən odur ki, sayğaca müdaxilə halını tək insan beyni deyil, həm də müasir texnologiyalar üzə çıxartdı.

 

Oxşar xəbərlər
OTACI