Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rişi Sunak İranda sabiq nazir müavininin edamını qınayıb

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İran və Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirib”.

Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak tviterdə yazıb.

O bildirib ki, bu, vəhşi və qorxaq hərəkətdir: “Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığıdır. Düşüncələrim Əlirzanın dostları və ailəsi ilədir”.

Qeyd edək ki, İran məhkəməsi ölkənin müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri barədə ölüm hökmu çıxarıb. İranın Məhkəmə Sistemi sabiq nazir müavinin edam olunduğunu açıqlayıb.

Oxşar xəbərlər
OTACI