First slide

Ronaldo karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb.

38 yaşlı hücumçu "LiveScore" telekanalına müsahibəsində 2016-cı ildə əldə etdikləri Avropa çempionluğunun daha dəyərli olduğunu söyləyib.

 

Təcrübəli forvardın sözlərinə görə, ölkəsi üçün nəsə qazanmaq əla hissdir: "Belə anlarda həm oyunçu, həm kişi, həm də ata kimi böyüyürsən".

Qeyd edək ki, Portuqaliya millisi AVRO-2016-nın finalında Fransa yığmasını 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb. Ronaldo zədə səbəbindən həlledici matçda sonadək oynaya bilməyib.

Oxşar xəbərlər
OTACI