Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsveç yeni tapıntısı ilə Rusiya və Çinə meydan oxuyacaq

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsveçin LKAB mədən şirkəti Arktikada nadir torpaq metallarının nəhəng yatağını tapıb.

Bu barədə şirkətin rəsmi saytında xəbər verilib.

Qeyd edilir ki, nadir torpaq metalları elektrik nəqliyyat vasitələrinin istehsalında və digər yüksək texnologiyalı sənaye sahələrində tələb olunur. Hazırda onların istehsalında mütləq lider Çindir. Avropada bu xammal hasil edilmir, baxmayaraq ki, ona tələbat artır və Avropa Komissiyasının hesablamalarına görə, 2030-cu ilə qədər beş dəfə artacaq.

“Bu, hazırda məlum olan ən böyük yataqdır və yaşıl keçid üçün tamamilə vacib olan kritik xammalın istehsalında mühüm element ola bilər”, - deyə LKAB Prezidenti Yan Mostrem bildirib.

O qeyd edib ki, şirkət artıq yatağın kəşfiyyatına böyük sərmayə qoymağa başlayıb, proses bir neçə il çəkə bilər.

İsveçin Baş nazirinin müavini və energetika naziri Ebba Buş əlavə edib ki, Avropa İttifaqının elektrikləşdirilməsi, özünü təminat sisteminə keçid, həmçinin Rusiya və Çindən müstəqilliyin əldə edilməsi bu mədənlərdən başlayacaq.

Oxşar xəbərlər
OTACI