Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bir çox klub bizə həsəd apara bilər" - Ozobiç

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"7-ci ildir ki, Azərbaycandayam. Burada bu qədər qalacağımı düşünmürdüm. Amma belə alındı. Hazırkı vəziyyətimdən razıyam. Heç bir problemim yoxdur. Burada yaşamaq həqiqətən xoşdur. Bakı şəhəri də insanlar kimi gözəldir. Şəhərdə 2 milyondan çox insan yaşayır. Bakı dünyanın ən böyük brendlərinin mağazaları və ən məşhur restoran şəbəkələrinin olduğu müasir, çox təhlükəsiz şəhərdir". 

Press.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına müsahibəsində deyib.

 

"İndiyədək əcnəbi kimi heç bir narahatlığım olmayıb. Ola bilsin ki, məsafəyə və ya keçmişdə baş verənlərə görə insanların bu ölkə haqqında yanlış təsəvvürləri var. Amma Bakıya turist kimi səfər edə bilən hər kəsə bunu təklif edirəm. Peşman olmayacaqlar. Standartlar yüksəkdir. Xorvatiyada olduğu kimi, nahar və ya şam yeməyi üçün bahalı restoranlar var. Amma daha ucuzlarını da tapmaq olar. Kafelərdə də belədir. Hamısı hara getdiyinizdən asılıdır. Benzinin bir litrinin qiyməti təxminən 3,5 xorvat kunasıdır" - deyə o bildirib.

Futbolçu Premyer Liqada yaxşı oynadıqlarını söyləyib: "Ən yaxın izləyicimizi yeddi xal qabaqlayırıq. Sadəcə, bu cür davam etməliyik. İnanıram ki, mövsümün sonunda çempion olacağıq. Yeri gəlmişkən, son doqquz ildə “Qarabağ” 8 dəfə çempion olub, yalnız 2021-ci ildə "Neftçi" titula sahib çıxıb".

O, Azərbaycan kubokunda sabiq klubu "Qəbələ"yə uduzmaları haqda da danışıb: Bizim şansımız yoxdursa, qoy, "Qəbələ" qalib gəlsin. Bu komanda ilə bağlı yalnız ən yaxşı xatirələrim var. Orada hər şey əla idi və ilk mövsümümdə çempionatın bombardiri olmuşdum".

F.Ozobiç "Qarabağ"ın daim avrokuboklarda çıxış etdiyini vurğulayıb: Fikrimcə, bir çox klub bizə həsəd aparmalıdır. Çempionlar Liqasının pley-offunda Çexiyanın "Viktoriya" (Plzen) komandasını keçə bilmədik. Buna görə də Avropa Liqasının qruplarına düşdük. Orada isə Almaniya "Frayburq"u və Fransa "Nant"ından sonra qrupda 3-cü yeri tutduq. Fransızlardan cəmi bir xal geri qaldıq. Yunanıstan "Olimpiakos"nu qabaqlayaraq, Konfrans Liqasının pley-offuna vəsiqə qazandıq. İndi bizi 1/8 finala yüksəlmək uğrunda Belçika "Gent"i ilə oyun gözləyir. Düşünürəm ki, şanslar bərabərdir. "Qarabağ" Avropanın ən sabit komandalarından biridir. Düşünürəm ki, bir çox klub bizə həsəd apara bilər".

Mllimizin üzvü Avro-2024-ün seçmə mərhələsindəki rəqibləri barədə də fikirlərini bildirib: "Belçika, İsveç, Avstriya və Estoniyanın yer aldığı çətin qrupa düşmüşük. İlk 3 yığma qrupun favoritidir, amma əlimizdən gələni etməyə və mümkün qədər çox xal toplamağa çalışacağıq".

Ozobiç "Qarabağ”dakı gələcəyi ilə bağlı deyib: "Klubla müqaviləm bu yay bitir. Biz bunu hələlik müzakirə etməmişik. Görək, necə olacaq. Hələ futboldayam, hər şeyi zaman göstərəcək. Məni idarəçilikdən çox məşqçilik maraqlandırır, amma hələlik bu barədə düşünməyə ehtiyac yoxdur”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI