Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda kredit faizləri artacaq? - RƏSMİ AÇIQLAMA

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı olduğu məcburi ehtiyat faizi artırılıb.

Məcburi ehtiyat norması milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırılıb.

 

Bəs məcburi ehtiyat faizinin artması kredit faizlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildiriblər ki, Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarları ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda və məcburi ehtiyat normalarında dəyişikliklər Mərkəzi Bank tərəfindən pul təklifinin daha effektiv tənzimlənməsi, uçot dərəcəsi üzrə faiz dəhlizinin faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması məqsədilə edilib.

"Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektorunun xərclərinə əhəmiyyətli təsir etmir. Dəyişikliklərin manatla öhdəliklərin maya dəyərinə orta hesabla cəmisi 0.16%, xarici valyutada öhdəliklərin dəyərinə isə 0.01% təsir emək ehtimalı var, lakin Mərkəzi Bankın belə bir gözləntisi yoxdur", - deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər
OTACI