Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muradbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların Sabirabad rayon sakini Rail Mustafayev və Masallı rayon sakini Fuad Əhədov olduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən iki ədəd ov silahı və qanunsuz olaraq ovlanmış iki çöl ördəyi aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI