First slide

Azərbaycan bir sıra enerji layihələrinə Aİ-dən maliyyə dəstəyi gözləyir

07 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan hökuməti bir sıra enerji layihələrinin reallaşdırılması üçün Avropa İttifaqının (Aİ) maliyyə dəstəyinin zəruri hesab edir.

Press.az xəbər verir ki, bu barədə məsələlər Energetika Nazirliyində Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirilib.

Xüsusilə, Qara dəniz sualtı elektrik xətti, “yaşıl” hidrogen layihələri, azad edilmiş ərazilərdə evlərin damına günəş panellərinin qurulması, istilik təchizatının qurulması və binalarda enerji səmərəliliyi ilə bağlı maliyyə və texniki dəstək xarakterli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığı, İqtisadi və İnvestisiya Planı çərçivəsində Azərbaycanda bərpa olunan enerji sahəsinə investisiya cəlbinə dair müzakirələr aparılıb.

Avropa İttifaqı ilə 2022-ci il 18 iyul tarixində imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu və Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının prioritet layihələrin müəyyənləşdirilməsi üçün platforma olduğu qeyd edilib. “Yaşıl enerji”nin və “yaşıl” hidrogenin istehsalı - ixracı, enerji səmərəliliyi və metan emissiyalarının azaldılmasının hər iki sənəddə əksini tapdığı və bu istiqamətlərdə fəaliyyətin həyata keçirilməsinə maliyyə dəstəyinin vacibliyi vurğulanıb.

Görüşdə beynəlxalq enerji şirkətləri ilə reallaşdırılan bərpa olunan bərpa olunan enerji layihələri və istehsal olunacaq “yaşıl enerji”nin nəqli məqsədilə planlaşdırılan ixrac marşrutları, ərazilərin xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi inkişafına nail olmaq və 2050-ci ildə istixana qazı emissiyalarını 40 % azaltmaq məqsədilə həyata keçirilən tədbirlər və planlar, enerji səmərəliliyi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Oxşar xəbərlər
OTACI