Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin 200 nəfərə "Rusiya qəhrəmanı" adını verəcək

07 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dekabrın 8-də Rusiya Prezidenti Vladimir Putin "Rusiya Qəhrəmanı" adını almış hərbçiləri təltif edəcək.

Press.az “TASS”a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının mətbuat xidməti məlumat yayıb. Mərasim Kremldə baş tutacaq.

Mətbuat xidməti qeyd edib ki, Böyük Kreml Sarayının Georgi zalında keçirilən tədbirə şücaət və qəhrəmanlıq göstərmiş 200-dən çox hərbçi və mülki şəxs dəvət olunub.

Daha əvvəl Putin əsgərlərlə söhbətlərindən təəccübləndiyini, onların döyüş ruhuna heyran qaldığını bildirib. “Bu, mənə onların qəhrəman olduqlarını deməyə tam əsas verir”, - deyə dövlət başçısı diqqətə çatdırıb.

Oxşar xəbərlər
OTACI