Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İrəvan Arazdəyən-Horadiz dəmir yolunu bərpa etməyə hazırdır - Paşinyanın şərti

07 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan tərəflərin işinə yanaşmaları üst-üstə düşəndə ​​Naxçıvan və Mehridən keçən dəmir yolunun bərpasına başlamağa hazırdır.

Press.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin qatıldığı kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın növbəti iclasının nəticələrini şərh edərkən deyib.


Dekabrın 6-da Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri - Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun 11-ci iclası keçirilib.


Ermənistanın baş nazirinin sözlərinə görə, tərəflərin hər hansı nəticəyə gəldiyini demək olmaz, "lakin təsdiq etmək olar ki, erməni tərəfi bu proqramın həyata keçirilməsində maraqlıdır və hələ də dəmir yolunun öz hissələrinin bərpasına başlamağa hazırdır".


"Fikirlərimiz üst-üstə düşən andan biz dəmir yolunun bərpasına başlayacağıq. Düşünürəm ki, bizim ideyalarımıza uyğun olaraq dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsinin Ermənistan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməli olduğunu xatırlatmağa ehtiyac yoxdur”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, avtomobil yolları məsələsi də gündəmdə qalır və Ermənistan tərəfi onlar üçün üç keçid məntəqəsi açmağa və digər zəruri yol infrastrukturunu yaratmağa hazırdır.
Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Ermənistan, Rusiya və Azərbaycan liderləri - Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyev arasında aparılan danışıqlardan sonra üç ölkənin baş nazirinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun yaradılması elan edilib.

Oxşar xəbərlər
OTACI