Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DÇ-2022: Portuqaliya millisi darmadağınla 1/4 finala yüksəldi

07 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

Press.az xəbər verir ki, bu mərhələnin son oyununda Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Rəqibini 6:1 hesabı ilə darmadağın edən Pireney təmsilçisi 1/4 finala yüksəlib.

Fernandu Santuşun baş məşqçi olduğu kollektivdən qolları 17, 51 və 67-ci dəqiqələrdə Qonsalu Ramuş, 33-cü dəqiqədə Pepe, 55-ci dəqiqədə Rafael Gerreyru və 90+2-ci dəqiqədə Rafael Leao vurublar. İsveçrəlilərin təsəlli qoluna isə 58-ci dəqiqədə Manuel Akanci imza atıb.

Qeyd edək ki, Portuqaliya millisinin 1/4 finaldakı rəqibi Mərakeş olacaq. Qarşılaşma dekabrın 10-da keçiriləcək.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI