Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DSX-nin Akademiyasında baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

06 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə Press.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

17.47

Dekabrın 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğın məhdudlaşdırılıb, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gəlib.

Bu barədə Press.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Baş verən hadisə ilə əlaqədar DSX-nin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.

"Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"a bildirilib ki, FHN-in qüvvələri tərəfindən görülən operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

17.10

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binası yanır.

Press.az-ın xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Oxşar xəbərlər
OTACI