Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada zəncirvari qəza baş verib, 3 nəfər xəsarət alıb

06 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qubada üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin 223-cü atıcı diviziya küçəsində qeydə alınıb.

Qəza zamanı “Faw”, “Mercedes”, “Toyota”, “Ford” və “VAZ” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində Bakı şəhər sakini - 1980-ci il təvəllüdlü Məmmədov Seymur Akif oğlu, Quba rayon sakinləri - 1970-ci il təvəllüdlü Süleymanov Tərlan Hacıqulu oğlu və 1974-cü il təvəllüdlü Xeyrullayev Rauf Qiyasəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI