Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İngiltərədə streptokok infeksiyasından 8 nəfər ölüb

06 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərədə A Qrupu Beta Hemolitik Streptokok (AQBS) infeksiyasına yoluxmalar nəticəsində 8 nəfər ölüb.

Press.az "Hürriyet"ə istinadən xəbər verir ki, müalicədə istifadə edilən üç dərman tükənmək üzrədir.

Ailə üzvləri apteklərdə uyğun dərmanları tapa bilmir. Əczaçılar bu sahədə vəziyyətin acınacaqlı olduğunu bildiriblər.

Məlumata görə, problem həll olunmazsa, yoluxmalar 2023-cü ildə də davam edəcək.

Streptokok (lat. streptococcus, yunan dilindən “στρεπτός” - “zəncir” və kόκκος - “dənə”) sferik və ya yumurtavari assporogen (spor əmələ gətirməyən) qram-müsbət , “chemoorgano” bakteriya cinsidir. Heyvan və insan parazitləridir. Tənəffüs, həzm yollarında, xüsusən də ağızda, burunda və yoğun bağırsaqda yaşayırlar.

Oxşar xəbərlər
OTACI